Dünya

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

10 iyun / 08:51 1 dəq
Indir 2023 06 10T085136.189
10 iyun / 08:51
Burada sizin reklamınız ola bilər

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib.

“Qərb Xəbər” xəbər verir ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub.

Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir.

Eyni zamanda Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər