Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Aİ: 11-ci anti-Rusiya sanksiyalar paketini razılaşdırmaq üçün yenidən toplanacaq

6 iyun / 08:55 3 dəq
Cbc9ee20 8b9f 3f73 89e1 8cda92a52a84
6 iyun / 08:55
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) iyunun 7-də keçiriləcək iclasın gündəliyinə yenidən Rusiyaya qarşı 11-ci məhdudlaşdırıcı tədbirlər paketinin razılaşdırılması məsələsini daxil edib.

“Qərb Xəbər”“İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Brüsseldə dərc olunmuş sənəddə deyilir.

Orada bildirilir ki, Avropa səfirləri təsdiqlənməyə hazırlıq olaraq, növbəti dəfə Aİ Şurasının reqlamenti, icra tənzimləməsi və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında reqlamentinin layihələrini bir daha nəzərdən keçirəcəklər.

11-ci sanksiyalar paketi çərçivəsində Aİ-nin Rusiyaya münasibətdə planlaşdırdığı bir sıra məhdudiyyətlər Aİ ölkələri ilə razılaşdırılma prosesində yumşaldılıb.

“Aİ-yə üzv ölkələr 11-ci sanksiyalar paketi üzrə razılaşmaya doğru yavaş-yavaş irəliləyirlər, eyni zamanda Avropa Komissiyası tərəfindən daha əvvəldən irəli sürülən bir sıra təkliflərin daha az qəti olmasına qərar verilib”, – agentlik qeyd edib.

Eyni zamanda, məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün Aİ ölkələrinin yekdilliklə təsdiqini tələb edir.

“Müzakirə olunan sənədlərin son variantları ilə tanış olan insanların sözlərinə görə, sanksiya tətbiq edilmiş yükləri daşıyan gəmilərin Aİ limanlarına daxil olmasına qadağa qoyulması təklifi, çox güman ki, qismən ləğv ediləcək. Malların gəmidən gəmiyə daşınmasına və ya transponderlərini söndürən gəmilərə qoyulan məhdudiyyətlər tədbirlərin qüvvəyə minməsi ərəfəsində 30 günlük təxirəsalma ilə tətbiq ediləcək.

Bundan əvvəl Aİ-də Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrə qarşı istifadə oluna biləcək mexanizmin işləndiyi məlum olmuşdu. Lakin Aİ ölkələrinin nümayəndələri arasında aparılan müzakirələrdən sonra bu mexanizmin tətbiqi meyarları da yumşaldılıb.

Eyni zamanda, bəzi ölkələr Aİ tərəfindən Rusiyaya idxalı qadağan olunmuş malların Rusiya tərəfdən satışı ilə əlaqədar təsdiqlənmək üçün hazırlanan sanksiya siyahılarına Çin şirkətlərinin də daxil edilməsindən narahatdırlar. Bundan əlavə, Macarıstan və Yunanıstan şirkətlərinin Ukraynanın Rusiya ilə iş aparan təşkilatlardan yaratdığı “qara siyahı”dan çıxarılmasını tələb etməkdə davam edir. Mənbələrin bildirdiyinə görə, bu mövzuda müzakirələr davam edir.

Bununla belə, mənbələrdən biri qeyd edib ki, Aİ bu həftə 11-ci sanksiyalar paketini yekunlaşdırmağa ümid edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı