Hadisə

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

5 iyun / 08:43 1 dəq
Mn
5 iyun / 08:43
Burada sizin reklamınız ola bilər

Dünən saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər