Dünya

XİN başçısı: “İsveç NATO-ya üzv olmaq üçün bütün öhdəlikləri yerinə yetirib”

1 iyun / 13:00 1 dəq
1fdc3eb4 4a67 3639 bc27 df1895c6cc5c 850 (2)
1 iyun / 13:00
Burada sizin reklamınız ola bilər

“İsveç NATO-ya üzv olmaq üçün bütün öhdəlikləri yerinə yetirib”.

“Qərb Xəbər” xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısında bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, İsveçin Alyansa üzv olması NATO-nun bütün üzvlərinin maraqlarını təmin edir.

Rəsmi Ankara terrorçuluğa qarşı mübarizə ilə bağlı şərtləri təmin edilməyənədək İsveçin Alyansa üzvlüyünü təsdiqləməyəcəyini bildirib.

Qeyd edək ki, Yens Stoltenberq İsveçin Şimal Alyansına üzvlüyü ilə bağlı məsələni müzakirə etmək üçün yaxın günlərdə Türkiyəyə səfər edəcəyini deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər