Dünya

Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək

31 may / 10:50 1 dəq
62a18804 4ebe 34d5 a55f dc5714786e1a
31 may / 10:50
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyəyə səfər edəcək.

“Qərb Xəbər” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Məlumata görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü – iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak etmək istəklərini rəsmi Ankaraya bildiriblər.

Qeyd olunub ki, bundan başqa, V.Putinin Türkiyəyə xüsusi bir səfəri nəzərdə tutulub. Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin bu ölkəyə ziyarəti planlaşdırılıb.

Hər iki səfər çərçivəsində taxıl dəhlizi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər