Dünya

Moskvada Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

31 may / 09:08 2 dəq
1ea97fe9 c074 31b0 9518 352c1a3db20f 850 (2)
31 may / 09:08
Burada sizin reklamınız ola bilər

Mayın 30-da Moskva şəhərində Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiyanı isə MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiyanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Prezidentin xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Gorüş zamanı Xəzər dənizində beştərəfli əməkdaşlığa aid olan geniş spektrli məsələlər müzakirə olunub.

2022-ci il iyunun 29-da Xəzəryanı dövlətlərin altıncı Zirvə Toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun gündəliyi ilə bağlı məsələlərə dair mövqelərin dəqiqləşdirilməsinin qarşılıqlı anlaşmaya və qrupun növbəti iclasının səmərəliliyinə töhfə verəcəyi vurğulanıb.

Məsləhətləşmələr zamanı Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası və Xəzəryanı dövlətlər arasında razılaşma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri, eləcə də Xəzər regionunda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər