Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Gəncədə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir – RƏSMİ

26 may / 12:51 2 dəq
C063f846 d02c 3aed a9ff 7a2649db6aef
26 may / 12:51
Burada sizin reklamınız ola bilər

Azərbaycanın qərb bölgəsinə yağan intensiv yağışlar bir sıra fəsadlara yol açıb.

Bu barədə “Qərb Xəbər”ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 2 nəfərin itkin düşməsi, bəzi ərazilərə yağış sularının dolması, qaz və elektrik xətlərinə ziyan dəyməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində xilasedicilər tərəfindən 1954-cü il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu və 2001-ci il təvəllüdlü Qurbanov İbrahim Rahib oğlunun cəsədləri Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, FHN-in qüvvələri tərəfindən subasma ilə əlaqədar 3 nəfərə ilkin yardım göstərilib, vətəndaşlara məxsus iki minik avtomobili daşqın zonasından çıxarılıb, sıradan çıxmış qaz və elektrik xətləri kəsilərək ərazidən kənarlaşdırılıb.

Hazırda Nazirliyin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən intensiv yağışlar səbəbindən Gəncə şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı