Dünya

Moskva və Minsk Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı sənəd imzalayıblar

26 may / 11:51 1 dəq
2e8162f9a1afac1ec0f769aa42978ee5
26 may / 11:51
Burada sizin reklamınız ola bilər

Rusiya və Belarusun müdafiə nazirləri – Sergey Şoyqu və Viktor Xrenin Belarusda Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında sənəd imzalayıblar.

“Qərb Xəbər” xəbər verir ki, V.Xrenin qeyd edib ki, Minsk Moskva ilə hərbi sahədə strateji müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.

Rusiya mətbuatı ölkənin müdafiə naziri Sergey Şoyqunun Qərbin Rusiya və Belarusa qarşı “elan edilməmiş müharibə” apardığını qeyd edir.

Ukraynaya qarşı müharibədə yaxın müttəfiqlər olan Rusiya və Belarus bu ilin əvvəlində Moskvanın taktiki nüvə arsenalının bir hissəsini Belarusda yerləşdirmək barədə razılığa gəliblər.

Paylaş
Burada sizin reklamınız ola bilər