Ağstafa

Ağstafada şirniyyat sexində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb

25 may / 17:01 2 dəq
9ccebecf 2cdf 3f15 82e7 21cfe1fa9e94
25 may / 17:01
Burada sizin reklamınız ola bilər

Ağstafada fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə “Qərb Xəbər”ə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus şirniyyat sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, istehsal zamanı məhsullarda etiketlənmənin həyata keçirilmədiyi, xammal və hazır məhsulun saxlanması və daşınması zamanı mal qonşuluğu və temperatur rejiminə riayət olunmadığı, məhsulların təhlükəsizlik göstəricilərinin mütəmadi yoxlanılmadığı, sanitariya qaydalarına riayət edilmədiyi, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər