Dünya

Kreml Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Moskvada görüşəcəyini təsdiqləyib

19 may / 14:01 1 dəq
Indir 2023 05 19T140130.085
19 may / 14:01
Burada sizin reklamınız ola bilər

Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.

“Qərb Xəbər”in xəbərinə görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, görüş gələn həftə keçirilə bilər: “Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər