Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilir

19 may / 09:01 3 dəq
Indir 2023 05 19T090012.880
19 may / 09:01
Burada sizin reklamınız ola bilər

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur.

“Qərb Xəbər” xəbər verir ki, mayın 19-u İstiqlaliyyət müharibəsinin başlanğıcından 104 il ötür.

Qeyd edək ki, Türkiyə İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı sonucunda Misak-i Milli, yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin bütövlüyü üçün Samsun şəhərində başladılan çoxcəbhəli siyasi və hərbi mübarizədir.

Bir çox tarixçilər sözügedən günü müasir Türkiyə tarixindəki önəmini və bu ölkənin gələcəyində müstəsna rol oynadığını bildirirlər. Belə ki, tarixçi professor Hakkı Uyar həmin günün Türkiyənin bir dövlət olaraq sadəcə ekzistensial savaşı olduğuna deyil, həmçinin gələcəkdə müasir cəmiyyət olaraq formalaşmasında mühüm hadisə olduğuna diqqət çəkib: “Çünki monarxist idarəetmənin modern olmadığını və ölkəni fəlakətə apardığını görmüşdülər”. Onun sözlərinə görə, Mustafa Kamal və komandası hələ o vaxt hakimiyyət bölgüsünün, yəni onun icra, qanunvericilik və məhkəmə qollarına ayrılmasını ölkənin mənfəəti baxımından modern dünyanın parçası olmaq üçün təməl şərtlərdən biri olduğunu anlamışdılar.

Mayın 19-u əvvəlcə 1935-ci ildə Atatürk Günü adı altında rəsmiyyət qazanıb. 1938-ci ildə ölümündən bir neçə ay öncə Mustafa Kamal Atatürk bu bayramı gəncliyə ərməğan edib və mayın 19-u Gənclik və İdman Bayramı olaraq qeyd edilməyə başlayıb. 1980-ci il sentyabrın 12-də baş tutan hərbi çevrilişdən 1 il sonra bayram “Atatürkü Anma, Gənclik və İdman Bayramı” adını alıb.

Xatırladaq ki, Atatürkü Anma, Gənclik və İdman Bayramı, Türkiyədən başqa, Şimali Kipr Türk Respublikasında da qeyd edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı