Ukrayna Silahlı Qüvvələri mayın 18-də keçirilən əks-hücumlar zamanı Baxmut ərazisində taktiki təşəbbüsü ələ keçirib və taktiki əhəmiyyətli uğurlar əldə edib.
“Qərb Xəbər” UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda deyilir: “Ukraynanın yerli əks-hücumları ilə müqayisədə Vaqnerin Baxmutdakı hücum əməliyyatlarının məhdud xarakter daşıması bölgədə Rusiyanın təşəbbüsü itirməsini göstərir”.