Dünya

ABŞ institutu: “Rusiya ordusu Baxmutda təşəbbüsü itirib”

18 may / 09:42 1 dəq
B658c0f5 133f 327f bd08 e5270973e2d0
18 may / 09:42
Burada sizin reklamınız ola bilər

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində təşəbbüsü itirib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi də Ukrayna ordusunun Baxmutdakı uğurlarını təsdiqləyib: “Ukrayna qoşunları xüsusilə şəhərin Boqdanovka və İvanovski rayonları istiqamətində irəliləyir”.

Qərb analitiklərinin fikrincə, Ukraynanın əks-hücumları məhdud olsa da, qarşı tərəfin hücum əməliyyatlarının qarşısını alır və onları müdafiə mövqeyinə çəkilməyə məcbur edir.

Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirmişdi ki, Baxmutda 20 kvadrat kilometr ərazi işğaldan azad olunub.

Xatırladaq ki, təxminən 8 aydır ki, Baxmutda gərgin döyüşlər gedir.

Paylaş
Burada sizin reklamınız ola bilər