ABŞ sərhəddəki toqquşmaya reaksiya verdi
Azərbaycanla Ermənistan arasında sülh sazişi mövzusu Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir.
“Qərb Xəbər” bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.
Onun sözlərinə görə, ABŞ irəliyə doğru aydın bir yolun olduğuna inanır və mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən məmnundur.
Patel danışıqların səmərəli olduğuna inandığını bildirib və Brüsseldə keçiriləcək danışıqların davamı üçün zəmin olduğunu vurğulayıb.
ABŞ rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar davamlı sülhə doğru əldə olunan tərəqqiyə xələl gətirir.




