Dünya

Qaribaşvili sanksiyalarla bağlı fikirlərə cavab verdi: “Gürcü qanı qan deyil, ukraynalının qanı qandır?”

12 may / 09:22 3 dəq
78c4ada73fda69e8e35344fed8bfe582
12 may / 09:22
Burada sizin reklamınız ola bilər

“İnanıram ki, (ABŞ səfiri) xanım Deqnan, bizim avropalı dostlarımız, amerikalı dostlarımız hamısı başa düşəcəklər ki, biz ticarəti və iqtisadi əlaqələri dayandırmırıq”.

“Qərb Xəbər” 24News.ge  istinadən xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində saknsiyalarla bağlı səsləndirilən fikirlərə cavabında deyib.

O bildirib ki, Ukraynada bu gün baş verənləri Gürcü xalqı 2008-ci ildə yaşayıb:

“Bu məsələləri qərbdəki dostlarımızla bir daha müzakirə edəcəyik. Onlar milli maraqlarımızdan qaynaqlı olaraq ticarət və iqtisadi əlaqlərimizi dayandırmamağımızı anlayışla qarşılayacaqlar.

Bu gün Ukraynada nə baş verir? Siz qan tökülməsini qeyd etdiniz, bu, artıq 2008-ci ildə bizim başımıza gəlib. Gürcü qanı qan deyil, ukraynalının qanı qandır? Biz gürcülər olaraq çox qanımız tökülüb, üç müharibə keçimişik. Vətəndaş müharibəsi keçmişik, NATO missiyalarında, Əfqanıstanda, İraqda olmuşuq. Oğlanlarımız, qəhrəmanlarımız bu istək, məqsəd, ideya uğrunda can verib, fədakarlıq ediblər, yüzlərlə əsgərimiz ağır yaralanıb. Bütün bunlar qan deyilmi?

Avqust müharibəsindən sonra Aİ Rusiyadan 2,5 trilyon dollar dəyərində mal alıb. Amerika bu gün belə ticarəti dayandırmayıb. Siz bu barədə məlumatlar tələb edə bilərsiniz. Ticarət əlaqələrini azaldıblar, amma bu gün də Rusiya ilə milli maraqlarına görə, şirkətlərinə lazım olan məhsullarla ticarət edirlər.

Bəs biz suveren dövlət deyilik? Yoxsa biz xalq deyilikmi? Varlığı, inkişafı, sülhü, firavanlığı istəmirik?.

Deyirlər ki, Avropa Birliyi və ya NATO Rusiya ilə fiziki, hərbi qarşıdurmaya girsə, nəticə olaraq üçüncü dünya müharibəsi yaşayacağıq. Biz bunu çox yaxşı bilirik və bu zaman müharibə təhlükəsi ilə deyil, birbaşa reallıqla üzləşəcəyik. Bu, nüvə müharibəsidir. Bunun təhlükəsi bu gün artıq mövcuddur. Bizə deyirlər ki, buna görə də müharibədən qaçmalıyıq. Biz gürcülər üçün, kiçik bir ölkə üçün burada istənilən təxribat, müharibə, sabitliyin pozulması, şəxsən mənim üçün üçüncü dünya müharibəsi deməkdir. Çünki heç kim bizim döyüşümüzə qatılmayacaq. Yenə bizim qəhrəman əsgərlərimiz həyatlarını itirməli olacaq, vətəndaşlarımız yaralanmalı, ölkə isə təlim poliqonuna çevirilməli olacaq. Çox sayda çirkin təxribatlara və sabitliyi pozmaq cəhdlərinə baxmayaraq, biz buna imkan verməyəcəyik”, – deyə İrakli Qaribaşvili vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər