Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Gəncədə ƏMƏLİYYAT: 6 nəfər tutuldu – FOTO

8 may / 15:17 3 dəq
6458c1013309f6458c101330a016835381776458c1013309c6458c1013309d
8 may / 15:17
Burada sizin reklamınız ola bilər

Gəncədə psixotrop maddə, odlu silah saxlayan, soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən xəbərə görə, Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İlqar Ələkbərov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman ümumulikdə 27 ədəd narkotik tərkibli güclü təsir edici həblər aşkar edilərk götürülüb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-tədbirləri nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Elçin Əliyev saxlanılıb. Şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən E. Əliyevin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 ədəd lüləsi və qundağı kəsilmiş müxtəlif markalı ov tüfəngi həmçinin 2 ədəd patron aşkar olunaraq götürülüb.

Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qadına qarşı zor tətbiq etməklə mobil telefonunu oğurlayaraq soyğunçuluq etməkdə şübhəli bilinən Vədat Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Baş İdarərnin Cinayət-Axtarışı İdarəsinin və 4-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evlərindən ümumi dəyəri 10.000 manatdan çox olan tikinti və məişət əşyalarını oğurlayan şəxslərin Emin Rzayev və Ruslan Məmmədov olmaları müəyyən olunub. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən Atəş Paşayev də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı