Türkiyənin Sudandakı səfirinə hücum olub, avtomobili atəşə tutulub
Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub.
“Qərb Xəbər” “Anadolu”ya istinadən xəbər verir ki, onun avtomobili atəşə tutulub.
Bildirilib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.



