Dünya

Bu gün Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək

6 may / 09:43 1 dəq
1fda3379 7ca2 37ea 939b dde4acbf8d16
6 may / 09:43
Burada sizin reklamınız ola bilər

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında bu gün III Çarlzın tacqoyma mərasimi keçiriləcək.

“Qərb Xəbər” “İnterfaks”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09:00-dan kral kortejinin Bukingem sarayından Vestminster abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Onun uzunluğu 2,29 kilometr olacaq.

Bakı vaxtı ilə 13:20-də kral korteji Bukingem sarayından yola düşəcək. Kortej Bakı vaxtı ilə 14:00 radələrində Vestminster abbatlığına çatacaq, bundan sonra bir neçə mərhələdən ibarət olan iki saatlıq tacqoyma mərasimi başlayacaq.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər