Bölgə xəbərləri

Gürcüstan seysmoloqları Azərbaycana gəlib

2 may / 16:55 2 dəq
2412ed70 815f 3288 ad16 e2a756a92d9f
2 may / 16:55
Burada sizin reklamınız ola bilər

Gürcüstan seysmoloqları Azərbaycana gəlib.

Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycanda səfərdə olan Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze, həmin mərkəzin əməkdaşı Albert Vuzaladze və “Lab” şirkətinin əməkdaşı Archil İvanaşvili AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.

Gürcüstanlı seysmoloqlar “Zəlzələlərin tədqiqatı bürosu” və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları ilə görüşlər keçiriblər.

Gürcüstanlı seysmoloqlar “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini, sistem administratoru Ruqiyyə Kərimova, mərkəzin mühəndis proqramçıları Tahir İsmayılov və Nail Qazıyevlə birlikdə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılmış yeni 22 ədəd seysmik stansiyanın SeisComp5 proqramında yeni serverin quraşdırılmasında iştirak ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər