Dünya

Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

29 aprel / 12:37 1 dəq
Ffa13272 60b9 30e0 a88a 2314c60ec74b
29 aprel / 12:37
Burada sizin reklamınız ola bilər

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

“Qərb Xəbər” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər