Elm və Texnologiya

Uşaq bağçalarında işləyən təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur

28 aprel / 10:38 1 dəq
Indir 2023 04 28T103804.451
28 aprel / 10:38
Burada sizin reklamınız ola bilər

Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur.

“Qərb Xəbər” xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib:

“Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər”.

Paylaş
Burada sizin reklamınız ola bilər