Dünya

Lavrov: “Rusiya və ABŞ arasında məhbus mübadiləsini müzakirə etmək üçün xüsusi kanal yaradılıb”

26 aprel / 09:00 1 dəq
6fd8ddcc 5b37 33dc 943d 4803ce6628b7
26 aprel / 09:00
Burada sizin reklamınız ola bilər

“Rusiya və ABŞ-ın həbsdə olan vətəndaşlarının mübadiləsini müzakirə etmək üçün bu ölkələrin prezidentləri arasında Cenevrə görüşündən sonra əldə edilmiş razılaşmaların nəticələrinə əsasən xüsusi kanal yaradılıb”.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfərindən sonra mətbuat konfransında deyib.

“Cozef Bayden və Vladimir Putin arasında 2021-ci ilin iyununda Cenevrədə ​əldə edilmiş razılaşmaya əsasən, ABŞ-da saxlanılan Rusiya vətəndaşlarının mübadiləsinin müzakirəsi üçün xüsusi kanal yaradılıb”, – Lavrov bildirib.

Lavrov qeyd edib ki, ABŞ həbsxanalarında 60-a yaxın rusiyalı var.

Paylaş
Burada sizin reklamınız ola bilər