Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

ADA və Bolonya universitetləri birgə proqrama başlayıb

25 aprel / 13:13 2 dəq
ADA
25 aprel / 13:13
Burada sizin reklamınız ola bilər

ADA Universiteti ilə Bolonya Universitetinin (İtaliya) kənd təsərrüfatı və qida sisteminin idarə edilməsi üzrə ilk qısamüddətli birgə proqramının açılış mərasimi keçirilib.

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edib.

Bildirilib ki, Azərbaycan universitetinin 2 nümayəndəsi artıq Bolonyada doktoranturada təhsil alır, daha 10 nəfərin Bolonya Universitetinə göndərilməsi nəzərdə tutulur.

ADA və Bolonya Universiteti arasında ilk qısamüddətli birgə proqram 3 həftə davam edəcək.

H.Paşayev bu proqramın dünyanın ən qədim universiteti ilə birgə həyata keçirilməsindən məmnun olduğunu qeyd edib: “Ölkəmizin iqtisadiyyatında energetikadan sonra ikinci yeri kənd təsərrüfatı sahəsi tutur”.

O əlavə edib ki, sertifikatların ilk sahibləri proqramın gələcək icrasına töhfə verəcəklər.

ADA Universitetinin rektoru bu proqramın Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Bolonya Universitetinin rektoru Kompaner isə deyib ki, rəhbərlik etdiyi universitet yeniliklər etməyə və digər təhsil müəssisələri ilə əlaqələri inkişaf etdirməyə çalışır.

Onun sözlərinə görə, Bolonya Universiteti üçün beynəlmiləlləşməyə və mədəniyyətlərin qarışmasına töhfə vacibdir: “Məqsədimiz ADA Universiteti ilə birgə işləmək, əməkdaşlıq etmək, tələbə mübadiləsi həyata keçirməkdir. İndi bizim daha çox akademik proqramlar hazırlamaq və əməkdaşlığımızı gücləndirmək imkanlarımız var”.

Report.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı