Laçın-Xankəndi yolundakı aksiya 134 gündür davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
“Qərb Xəbər”APA-a istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 134 – cü günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 134 gündür davam edir.



