Xəbər

Azərbaycan güləşində yeni rekord

24 aprel / 09:12 1 dəq
D960e05d 60af 3d6e 965f 2bb3ec3200f0
24 aprel / 09:12
Burada sizin reklamınız ola bilər

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

“Qərb Xəbər” xəbər verir ki, qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər