İqtisadiyyat

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir

19 aprel / 13:37 1 dəq
Images (84)
19 aprel / 13:37
Burada sizin reklamınız ola bilər

2023-cü ilin aprel ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 551.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 360.8 min baş təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

 

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 115.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 9.9% və ya 808 min baş azalıb.

Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.

Paylaş
Burada sizin reklamınız ola bilər