Dünya

Milli Məclisin sədri Polşaya rəsmi səfərə gedib

18 aprel / 17:01 1 dəq
4b0f57c6 26de 3075 8b6d 718e080d989c
18 aprel / 17:01
Burada sizin reklamınız ola bilər

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşanın paytaxtı Varşava şəhərinə rəsmi səfərə gedib.

Bu barədə “Qərb Xəbər”ə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə deputatlar Səttar Möhbalıyev, Vüqar Bayramov, Elman Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Varşavanın hava limanında nümayəndə heyətini Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşa Seyminin protokol xidmətinin rəhbəri və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Polşa Prezidenti, Polşa Seyminin və Senatının sədrləri ilə görüşləri, həmçinin “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında və Varşava Universitetində çıxışları nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər