Xəbər

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib

18 aprel / 13:02 1 dəq
46d99dc9 0331 33ca 8ffa 1144a8c5da0c
18 aprel / 13:02
Burada sizin reklamınız ola bilər

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyin bildirilib.

“Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib”,- diplomatik nümayəndəliyin Türkiyədə təhsil alan tələbələrə müraciətdə qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər