Dünya

Ukrayna MN indiyədək 2 235 nəfərin Rusiya əsirliyindən qaytardığını açıqlayıb

17 aprel / 09:33 1 dəq
Indir 2023 04 17T093259.660
17 aprel / 09:33
Burada sizin reklamınız ola bilər

Rusiya-Ukrayna müharibəsi ərzində Kiyev 2 235 nəfəri Rusiya əsirliyindən qaytarıb.

“Qərb Xəbər” xəbər verir ki, bu rəqəmləri Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda açıqlayıb.

O qeyd edib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (MN BKİ) nəzdində Əsirlərlə Davranma üzrə Koordinasiya Qərargahı artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. 2014-cü ildən bəri ilk dəfə olaraq hərbi əsirlərin dəyişdirilməsi və davranma prosesi beynəlxalq hüquq normalarına tam uyğun təşkil edilib.

“Mübadilə mövzusu düşmən əsirlik yerlərində olan hərbçilərimizin təhlükəsizliyi üçün səssizliyə ehtiyac duyur. Ona görə də burada deyiləcək çox şey yoxdur. Bununla belə, nəticələr öz sözünü deyir”, – Malyar vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər