Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Mədəniyyət

Tbilisidə Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı rəsm sərgisi açılıb (FOTO)

15 aprel / 12:41 3 dəq
7ca8278ada9637a2f1d066faafcb510c
15 aprel / 12:41
Burada sizin reklamınız ola bilər
Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi açılıb.
“Qərb Xəbər”24News.ge istinadən xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılış mərasimində Azərbaycanın Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarulidze, xarici işlər nazirinin müavini Xatuna Torturadze, Milli Qalereyanın direktor müavini Nika Axalbedaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
Nika Axalbedaşvili çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılmasını iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına xidmət etdiyini bildirib.
Ç.Fərzəliyev çıxışında sərginin təşkilatçılarına minnətdarlıq edib.
Səfir Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, eləcə də mədəniyyət və incəsənət sahəsində inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirdiyini vurğulayan diplomat, eyni zamanda, Heydər Əliyev Fondunun Gürcüstanda reallaşdırdığı layihələrin əhəmiyyətindən danışıb.
Fərhad Xəlilov, Kaxa Sixarulidze, Xatuna Tortuadze və digər çıxış edənlər Ç.Fərzəliyevin yaradıcılığından söz açıb, bu cür sərgilərin qarşılıqlı olaraq Azərbaycanda və Gürcüstanda təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, Ç. Fərzəliyevin yaradıcılığı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir.
Sərgidə böyük rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi 50-yə yaxın əl işi nümayiş etdirilir.
“Zamanın pillələri ilə” sərgisi çərçivəsində Gürcüstanda nəşr olunan sərgiyə dair kataloq təqdim edilib.
Sərgidə, həmçinin Çingiz Fərzəliyevin müəllifi olduğu çoxsaylı nəfis nəşrlər, kitab və albomlar nümayiş etdirilir.
Qeyd edək ki, sözügedən sərgi mayın 10-dək ziyarətçilər üçün açıq qalacaq. 

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı