Bölgə xəbərləri

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

15 aprel / 10:51 1 dəq
2016 10 21 15 55 54iran azerbaycan bayraqlar
15 aprel / 10:51
Burada sizin reklamınız ola bilər

14 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

“Qərb Xəbər” bildirir ki, telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər