Dünya

Makron pensiya islahatları barədə qanun layihəsini imzalayıb

15 aprel / 09:20 1 dəq
83c5f3cd cb37 374b afb9 5eb5266458dc
15 aprel / 09:20
Burada sizin reklamınız ola bilər

Fransa prezidenti Emmanuel Makron pensiya islahatları barədə qanun layihəsini imzalayıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Qeyd olunub ki, artıq sənəd Fransanın rəsmi qəzetində dərc olunub.

Xatırladaq ki, Fransa hökuməti martın 16-da Konstitusiyanın 49.3 maddəsindən istifadə edərək Milli Assambleyada səsvermədən yan keçməklə, təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatlarını qəbul edib. Parlamentin aşağı palatasında təmsil olunan müxalifət fraksiyaları martın 20-də hökumətə qarşı iki etimadsızlıq votumu irəli sürsə də lazımi səs toplaya bilməyib.

Bundan sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub. Sonuncu instansiya, Fransa Konstitusiya Şurası da pensiya islahatlarının əsas müddəalarını təsdiq edib.

Paylaş
Burada sizin reklamınız ola bilər