Dünya

Milli Məclisin sədri MDB PA-nın 55-ci plenar iclasında çıxış edəcək

13 aprel / 10:10 1 dəq
99173671 8b56 3c17 9438 41cdfb607715
13 aprel / 10:10
Burada sizin reklamınız ola bilər

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edəcək.

“Qərb Xəbər” xəbər verir ki, parlament sədrinin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqa gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər