Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Türkiyə Bolqarıstana qaz tədarükünə başlayıb

13 aprel / 08:51 3 dəq
2a701676 b772 3ad2 ae73 38786584c302
13 aprel / 08:51
Burada sizin reklamınız ola bilər

Türkiyə Bolqarıstanla 13 illik enerji müqaviləsi çərçivəsində bu ölkəyə ilk təbii qaz partiyasını həyata keçirib.

“Qərb Xəbər” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin “Marmara Ereğlisi” LNG terminalında Bolqarıstanın energetika naziri Rozen Xristov, BOTAŞ neft-qaz şirkətinin baş direktoru Burhan Özcan və “Bulgargaz” şirkətinin baş direktoru Denitsa Zlatevanın iştirakı ilə tədarükün başlanması münasibətilə mərasim keçirilib.

BOTAŞ-ın baş direktoru Burhan Özcan çıxışında qaz tədarükünün başlanılmasının həm Türkiyə, həm də Bolqarıstan üçün vacibliyini qeyd edib.

“Bolqarıstana ilkin olaraq tədarük olunacaq qazın həcmi təxminən 55 milyon kubmetr olacaq, ümumilikdə isə Türkiyə qonşu ölkəyə ildə təxminən 1,5 milyard kubmetr qaz nəql etməyi planlaşdırır”, – B.Özcan deyib. O, Bolqarıstanda tələbat artdıqca mavi yanacağın tədarük həcmini artırmağın da texniki cəhətdən mümkün olduğunu vurğulayıb.

B.Özcan bu gün Türkiyəyə daxil olan LNG-nin həcminin sutkada 161 milyon kubmetrə çatdığını diqqətə çatdırıb. “Bu, ildə 50 milyard kubmetr qaza bərabərdir. Bununla Bolqarıstan və digər Avropa ölkələrinə istifadə edilə biləcək potensialımızı nümayiş etdiririk”, – BOTAŞ rəhbəri bildirib.

Bolqarıstanın energetika naziri Rozen Xristov isə öz növbəsində ABŞ-ın “Chenier” şirkətinin LNG tankerinin Mərmərə limanında olduğunu bildirib.

“Terminalda BOTAŞ ilə əməkdaşlıq çərçivəsində LNG-nin yenidən qazlaşdırılması, saxlanması və Bolqarıstana çatdırılmasını həyata keçiriləcək. Bu əməkdaşlıq təkcə Bolqarıstanın enerji təhlükəsizliyi üçün deyil, həm də Cənub-Şərqi və Mərkəzi Avropa üçün böyük əhəmiyyət kəsb edir”, – bolqarıstanlı nazir sözlərinə əlavə edib.

Xatırladaq ki, bu il yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında saziş imzalanıb və bu sazişə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyədən ildə təxminən 1,5 milyard kubmetr qaz alacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı