Dünya

Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısına zəng edib, başsağlığı verib

12 aprel / 14:56 1 dəq
Indir 2023 04 12T145614.131
12 aprel / 14:56
Burada sizin reklamınız ola bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib.

M.Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər