Tovuzda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Tovuz rayonunun Düz Cırdaxan kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü Eltun Nağıyev, 1999-cu il təvəllüdlü Elşən Rüstəmli və onun həmyaşıdı Turxan Abbasov müxtəlif bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı