Xəbər

Aİ və BMT rəsmiləri Azərbaycana minatəmizləmə sahəsində dəstəklərini davam etdirəcəklərini açıqlayıblar

5 aprel / 08:41 2 dəq
1679166907 trend peter mixalko
5 aprel / 08:41
Burada sizin reklamınız ola bilər

“Avropa İttifaqı (Aİ) 8 milyon avro yardımla Azərbaycanda minaların təmizlənməsi üçün ən böyük beynəlxalq donordur”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko tviterdə yazıb.

“Biz bütün dünyada, o cümlədən Azərbaycanda mina qurbanlarının olmasına təəssüf edirik. Biz minatəmizləmə üçün bu dəstəyi davam etdirəcəyik, o cümlədən ekspert məsləhətləri vermək və münaqişədən zərər çəkmiş əhaliyə yardım göstərmək, reabilitasiya və yenidənqurma işləri aparacağıq. Aİ regionda davamlı sülhün qurulmasına qətiyyətlə sadiqdir”, – o bildirib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndirici Vladanka Andrevya isə tviterdə yazıb ki, ərazilərin minalardan təmizlənmsi üçün ANAMA ilə əməkdaşlıq davam edəcək: “Minalar və digər partlayıcı qalıqlar insan həyatı və davamlı inkişaf üçün təhlükə yaradır”.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər