Sergey Narışkin: “Qərb Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışır”
“Qərb Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışır”.
“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
Onun sözlərinə görə, Qərb Tbilisini Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmağa çalışır: “Qərb Tbilisini inandırır ki, indi Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün yaxşı vaxtdır”.
S.Narışkin bildirib ki, Rusiya və Belarus son illərdə təhdidlər qarşısında əməkdaşlığı gücləndirib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı