Elm və Texnologiya

Azərbaycanlı şagird ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb

2 aprel / 11:08 1 dəq
642928f6f01e5642928f6f01e61680419062642928f6f01e3642928f6f01e4
2 aprel / 11:08
Burada sizin reklamınız ola bilər

Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.

“Qərb Xəbər” AzEdu.az-a istinadən verdiyi xəbərə görə ki, Sara Nabikoğlunun əksərən aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı yerlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var. O, hazırda Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də dəvət alıb.

Azərbaycanlı şagirdin seçimi Boston Universiteti olub.

Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.

Paylaş
Burada sizin reklamınız ola bilər