Xəbər

Media məhsullarının təqdim edilməsi ƏDV-dən azad olunub

2 aprel / 09:19 1 dəq
0bd867fb 870c 3df9 ad01 a09ca255b02e 850 (1)
2 aprel / 09:19
Burada sizin reklamınız ola bilər

Azərbaycanda media subyektlərinin məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad olunub.

“Qərb Xəbər” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.

Paylaş
Burada sizin reklamınız ola bilər