Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Araik Qarabağdan qaça bilsə, burda həbs ediləcək – Verdyan

28 sentyabr / 09:15 3 dəq
Arutyunan
28 sentyabr / 09:15
Burada sizin reklamınız ola bilər

Samvel Babayan son vaxtlar Azərbaycanla birbaşa dialoqun zəruriliyindən çox danışırdı. Qarabağın sülh yolu ilə təslim edilməsi üçün də təşəbbüslər irəli sürüb. Ermənistanın İctimai Televiziyasına müsahibəsində o, Azərbaycan tərəfi ilə əlaqə saxladığını və onlarla hansısa yol xəritəsi üzərində razılaşdığını bildirib.

Bu sözləri erməni bloger İşxan Verdyan Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayanın Azərbaycandan həbs edilmədən çıxa bilməsinin səbəbləri haqda danışarkən deyib.

O, Babayanın sonrakı taleyinə və İrəvanın onunla bağlı planlarına da toxunub:

“Samvel Babayanın İrəvan tərəfindən Bakıya veriləcəyi ehtimalı sıfırdır. Çünki dünənki müsahibəsində o, Qarabağ klanı ilə bağlı bir çox ifşaedici məqamları açıb. Bu isə Nikol Paşinyana öz mövqeyini möhkəmləndirməyə və Ermənistan cəmiyyətində dəyərini yüksəltməyə böyük kömək etdi. Hətta Babayanın rəhbər vəzifəyə təyin olunması da mümkündür. Təəssüf ki, Ermənistanda Xocalı cəlladlarının yüksək vəzifələrə təyin edilməsi ənənəsi hələ də qorunub saxlanılır”.

Qarabağda qalan digər separatçı xuntanın nümayəndələrinin taleyinin qeyri-müəyyən qaldığını deyən bloger bildirib ki, əslində, onların qaçmağa yerləri də yoxdur:

“Araik və digərləri ilə bağlı mənim heç bir məlumatım yoxdur, amma onların da gizli şəkildə Azərbaycanı tərk etmək imkanları var, istər sarğılı və “yaralı” şəkildə, istərsə də kartof kisəsi şəklində – fərqi yoxdur. Ümumi xaosda bəzi variantlar hələ də qalır. O da göz qabağındadır ki, Azərbaycan təhlükəsizlik qüvvələrinin Xankəndiyə daxil olması onlara yaxşı heç nə vəd etmir. Nə olursa-olsun, çox qısa müddətdə bununla bağlı xəbərləri öyrənəcəyik. Onu da əlavə edək ki, Samvel Babayan onları Ermənistan sərhədinə adlayan kimi həbs etdirəcək. Babayan artıq cinayətlə bağlı açıqlama verib. Buna görə də hələ ki, aydın deyil – qalanların qaçması üçün bir yer varmı?”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı