Dünya

Ağ Ev amerikalıları, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb

1 aprel / 09:09 1 dəq
B0102d8c a6f2 4bfe b0c1 0abe86b0bb16
1 aprel / 09:09
Burada sizin reklamınız ola bilər

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bütün amerikalıları, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Onun sözlərinə görə, bütün ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, səfərlərinin məqsədindən asılı olmayaraq, Rusiya ərazisini tərk etməlidirlər.

“Əgər siz Rusiyadasınızsa – iş və ya istirahət üçün, səfərin məqsədindən asılı olmayaraq – indi tərk etməlisiniz”.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiyadakı bütün Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı