Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq

16 iyul / 15:13 2 dəq
Pomidor xiyar
16 iyul / 15:13
Burada sizin reklamınız ola bilər

Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Son bir həftə ərzində pomidorun qiymətinin bahalaşdığını deyən ekspert bunun əsas səbəbini hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsinin gecikməsi ilə izah edib.

Onun sözlərinə görə, həvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə açıq sahədə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub:

“Hava şəraiti ilə əlaqədar yığımın ləngiməsi məhsulun satışa çıxarılmasını da gecikdirir. Bütün bu səbəblər bazarda təklifin azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, daha sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Bu baxımdan güman edirik ki, yaxın günlərdə qiymətlərdə azalmanın olacağı gözlənilir. Daha çox sahə pomidorunun bazara çıxarılması qiymətlərin enməsinə daha da təsir edə bilər”.

V.Bayramov Azərbaycanda sahə pomidorlarının daha çox Xaçmaz, Tovuz, Qazax rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı