Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir

31 mart / 08:23 1 dəq
64264b857bfb464264b857bfb5168023130164264b857bfb164264b857bfb3
31 mart / 08:23
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, ictimai fəallar hava şəraitinin soyuq və küləkli olmasına baxmayaraq, aksiyanı gecəboyu da davam etdiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 110 gündür davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər