Maraqlı

Ramazanda mədəmizə necə qulluq etməliyik? – Həkim məsləhəti

28 mart / 10:18 3 dəq
7928ba0dca4ba959f957c6415c3bc799
28 mart / 10:18
Burada sizin reklamınız ola bilər

Bu il müqəddəs ayımız fəsillərin ən gözəli olsa da, ən defisitli dövrünə təsadüf edir. Gün boyunca nəfsinə hakim kəsilən hər kəs iftar və imsakda nemətlərdən bol – bol faydalanmaq, növbəti günü enerjili olmaq istəyir. Çeşidli nemətlərlə bəzədilmiş zəngin iftar süfrəsi, sahur naz-neməti insanda bir başqa ovqat yaradır. Zənn etmək olar ki, gün boyu oruc olmuş orqanizm hətta daşı da əridər. Təəəssüf ki, hər zaman belə olmur.

Bəs nə etməli? Bol enerjili olub, günlük işlərin yetərincə öhdəsindən gəlmək üçün iftar-imsak rejiminin düzgün qurulması çox vacibdir.

“Qərb Xəbər ” xəbər verir ki, mütəxəssislər bir neçə faydalı qaydaya riayət etməklə, buna asanlıqla nail olmağın mümkün olduğunu bildirirlər.

● Su ehtiyacını əsasən acqarna ödəmək, çünki yeməkdən sonra çox maye qəbulu həzmi çətinləşdirib, köp, ağırlıq, gəyirməyə səbəb olur. Acqarna içilmiş ilıq su və çay susamış toxumalar tərəfindən tez bir zamanda mənimsənilir, aşırı iştahanı tənzimləyir, mədə-bağırsağı qida qəbuluna hazırlayır.

● Günlük yemək normasını bir öyünə, yəni iftara yığmamaq.

● Vitamin mənbəyi kimi mövsümün ən zəngin neməti olan yabanı göyərtilərdən istifadə.

● Vərdiş etdiyimiz qara çayı qismən də olsa, yaşıl çay və bitki çayları ilə əvəzləmək

● Qəbizliyi önləmək üçün göyərti ilə yanaşı, balqabaq və çuğundurlu yemək və salatlardan faydalanmaq

● Toxluğu çörək, xəmirli yeməklər, şirniyyatlardan yox, yağlar və zülallar hesabına əldə etmək: çörəyi azaldıb, xörək və tərəvəzli salatları bol etmək

● Yeməkləri və mayeləri aramla, fasilələrlə qəbul etmək

● Həzmedici qarışıqdan (cirə, razyana, zəncəfil) istifadə etmək

Axşam yeyilən ağır yeməklər həzm olunmayaraq mədə-bağlrsaq traktında ləngiyir, köp, mədədə ağırlıq, yanğı hissi, narahatlıq verir; eyni zamanda, sahurda, gün boyu tox saxlayıb enerji verəcək qidanın qəbulunu əngəlləyir.

Orucluqda bir çoxlarının halsız, yorğun olması məhz gecə yeməyinin tam parçalanmaması, faydalı maddə yerinə zərərlilərinin əmələ gəlməsi ilə bağlıdır. Bu baxımdan, həzmin rahat getməsi, gün ərzində isə enerjili olmaq üçün iftar süfrəsini bol su-çay, meyvə -tərəvəz -ağartılı etmək, əsas qida qəbulu olan isti yeməkləri isə sahura saxlamaq daha məqsədəuyğundur.

Paylaş
Burada sizin reklamınız ola bilər