Dünya

ABŞ Azərbaycanla Ermənistana çağırış edib

28 mart / 08:49 1 dəq
8728bee7 ab07 3f5f be91 8b7524fbf6bd
28 mart / 08:49
Burada sizin reklamınız ola bilər

ABŞ Azərbaycanla Ermənistana çağırış edib.

“Qərb Xəbər” xəbər verir ki, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb.

Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər