Dövlət Departamenti:ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir
ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.
“Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik”, – Vedant Patel vurğulayıb.
O, ötən gün ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.




