Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zurabişvili: “Saakaşvilinin əfvi mənim səlahiyyətimdədir, vəziyyətini diqqətlə izləyirik”

25 mart / 09:11 2 dəq
8dab66f5 defa 34b5 baa4 42cc9fdee241
25 mart / 09:11
Burada sizin reklamınız ola bilər

“Biz həbsdə olan keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin səhhətinin vəziyyətini diqqətlə izləyirik”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif “Pirveli TV” telekanalına müsahibəsində deyib.

“Səhiyyə üzrə müşavirim demək olar, hər gün Saakaşvilinin səhhəti ilə bağlı məlumat verir, məlumatları həmçinin başqa mənbələrdən də alıram. Hesab edirəm ki, Saakaşvilinin normal vəziyyətinin təmin edilməsi ölkənin reputasiyası məsələsidir”, – Zurabişvili bildirib.

O, Saakaşviliyə qarşı heç bir alçaldıcı münasibəti qəbul etmədiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bir neçə ölkədən həkimlər Saakaşvilini müayinə və müalicə etmək üçün Gürcüstana gəlməyə hazırdırlar.

“Ölkə Prezidenti kimi mənim üçün Saakaşvilinin xaricə müalicəyə aparılması zərurətindən danışmaq çətindir, çünki bu, əslində bizim həqiqətən dövlətimizin olmadığı, tibbi imkanların yoxluğu anlamına gələcək. Ona görə də yəqin ki, çıxış yolu yerində tapılmalıdır. Bu, hakimiyyətin əlindədir, onlar anlamalıdırlar ki, hər kəs ölkənin reputasiyasını qorumalıdır”, – dövlət başçısı əlavə edib.

Saakaşvilinin Prezidentin fərmanı ilə mümkün əfv olunması ilə bağlı sualı cavablandıran Zurabişvili vurğulayıb ki, bu, onun ixtiyarındadır və heç bir təzyiqə, o cümlədən xaricdən heç bir təzyiqə dözməyəcək.

“Prezidentin bu məsələ ilə bağlı qərarı sərbəst olmalıdır. Yeri gəlmişkən, məndən əfv istəməyən Saakaşvilinin mövqeyinə hörmətlə yanaşıram”, – Zurabişvili fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, eks-prezident Gürcüstana 2021-ci il sentyabrın 29-da gizli şəkildə gedib. O, oktyabrın 1-də Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyası elan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı