Maraqlı

QARAÇI TOYLARI: Niyə 10 yaşlı qızı ərə verirlər?

18 mart / 20:03 2 dəq
Indir 2023 03 18T200322.221
18 mart / 20:03
Burada sizin reklamınız ola bilər

Qaraçı mədəniyyəti çox zəngindir, lakin əksər hallarda kənar adamlardan gizlədilir.

“Qərb Xəbər” xarici mediaya istinadən xəbərinə görə, qızları anadan olan kimi göbəkkəsmə edirlər, yəni  kiməsə nişanlayırlar.  Qızı çox vaxt doğumdan əvvəl və ya qısa müddət sonra nişanlamaq adi haldır. Hesab olunur ki, qız uşağı ərinin ailəsinə nə qədər tez köçsə, bir o qədər yaxşıdır – bəzən 10 yaşlı qız ər evinə göndərilir, lakin bundan beş il sonra əri ilə eyni yatağa girir.

Qaraçıların “görüşmək” anlayışı  yoxdur, gənclər birlikdə diskotekaya getmir, çay kənarında öpüşmürlər.

Elçi gələndə qız qonaqlara özünü göstərir. Elçi getmək kişilərin işidir. Qızıl və pulla bəzədilmiş ağac budağı qız atasına “başlıq pulu” olaraq təqdim edilir. Oğlan uşaqları doğulan gündən valideynləri onların toyu üçün qızıl və pul yığmağa başlamalıdır.

3 litlik balonun içi qızılla doldurulubsa, bu yaxşı “başlıq” hesab olunur.
Başlıq pulunu hazırlaya bilməyən kasıb oğlan sevgilisini qaçıra bilər.

Qaraçı toyları əsasən yayda olur. Toyda hər kəs nə qədər qızılı varsa taxıb özünü göstərməlidir.

Toy günü qızın bakirə olduğunu sübut etməsi vacibdir. Gəlinin ləkəli yataq ağı mütləq qonaqlara göstərilir. Bakirə olmayan qızlarla, demək olar ki, bir daha heç kim evlənmir.

Paylaş
Burada sizin reklamınız ola bilər