Siyasət

İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

18 mart / 09:33 1 dəq
B38c9b7b 25db 30e3 b8cc ee72282f136d
18 mart / 09:33
Burada sizin reklamınız ola bilər

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumda bildirilib.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər